İlham Əliyev erməni dilində olan lövhəni belə sökdürdü - Video

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev erməni dilində olan lövhəni belə sökdürdü - Video

Siyasət

24 Dekabr 2020 15:24 1744


Prezident İlham Əliyev ötən  işğaldan azad edilən Qubadlı rayonunun Qəzyan kəndinə səfəri zamanı ermənicə kənd adı yazılmış lövhəni görərək onu sökdürüb.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı özü avtomobili idarə edərkən həmin lövhəni görüb və “ermənicə nəsə yazıblar orada” deyərək avtomobili saxlayıb. Daha sonra isə həmin lövhə sökülüb. Prezident lövhəni tapdalayıb.

Qeyd edək ki, işğalçılar Qarabağın işğal edilmiş ərazilərində bütün kənd, qəsəbə və şəhər adlarını dəyişdirmişdi, onları bu torpaqlarla heç bir bağlantısı olmayan erməni toponimləri ilə adlandırmışdı. Azərbaycan ordusu torpaqları azad edəndən sonra işğaldan xilas edilən yaşayış məntəqələrinin də adları özünə qaytarılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!