İlham Əliyev PKK-nın özünü ləğv etməsi münasibətilə Ərdoğanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev PKK-nın özünü ləğv etməsi münasibətilə Ərdoğanı təbrik etdi

Siyasət

12 May 2025 18:43 366


Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçısının "X"dəki rəsmi səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: Marqarita pizza

"Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz Türkiyə" hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!