İlham Əliyev və Mehriban Əliyeva türkiyəli idmançıları təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Mehriban Əliyeva türkiyəli idmançıları təbrik etdi

Sosial

16 Aprel 2023 13:41 709


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə idmançıları - İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşa və gümüş medal sahibi Qamze Altuna təbrik məktubu göndəriblər.

“Yeni Sabah” bildirir ki, dövlətimizin başçısı və birinci xanım qardaş ölkənin idmançılarını Avropa çempionatında qızıl və gümüş medallar qazanmaları münasibətilə səmimi-qəlbdən təbrik ediblər.

"Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi. Pepperoni pizza

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik", - deyə təbrik məktubunda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!