İlham Əliyev və Mehriban Əliyevadan Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Mehriban Əliyevadan Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı

Siyasət

02 Yanvar 2026 15:40 932


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı veriblər.

"Yeni Sabah" xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri, Toyuqlu pizza

Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!