“İlhamə ərimin yasına gələnləri evimdən qovmuşdu”

saytların hazırlanması

Evə çatdırılma

“İlhamə ərimin yasına gələnləri evimdən qovmuşdu”

Şou

11 Yanvar 2023 22:40 1003


"İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Allah ona rəhmət eləsin deyə bilmirəm. Yaradan onu verdiyi xasiyyətlə qarğışlayıb".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Astar" yutub layihəsində deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanı heç vaxt bağışlamayacağını bildirib:

"Ölüm heç vaxt heç bir hesabı bağlamır. Ölüm heç kimə bəraət qazandırmır. Ömürboyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, ərimin yasına baş sağlığına gəlib və deyə ki, sən məndən yaxşı oxumursan. Buna nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm. Marqarita pizza

Qızım qaça-qaça üstümə gəldi, "Anacan, İlhaməni dayandır!" deyirdi. Qızım danışa da bilmirdi. Onda səkkiz yaşı vardı, niyə ürəyini paralayırdın? Sənə ayıb deyil? Gəlib gördüm ki, İlhamənin səsi bürüyüb evi"./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!