“İlhamə Quliyeva nə vaxt düz danışıb ki...“   - Əli Mirəliyev qohumunu yıxıb-sürüdü

saytların hazırlanması

Evə çatdırılma

“İlhamə Quliyeva nə vaxt düz danışıb ki...“ - Əli Mirəliyev qohumunu yıxıb-sürüdü

Şou

03 Noyabr 2021 17:35 18049


“Elgiz bu sözləri rəhmətlik İlhamə Quliyevanı ələ salmaq üçün deməyib. Bu hadisə həqiqətən yaşanıb".

Yenisabah.az xəbər verir ki, bunu mərhum sənətçinin qohumu müğənni Əli Mirəliyev deyib. 

"Onlar rəhmətliklə yığışıb yeyib-içməyə gediblər. Sonra hesab gətirilib. İlhamə də var idi “Hesabı özüm verəcəm” demə vərdişi. Həmin hadisə vaxtı da belə olub. Sonra görüb ki, hesab böyükdür, restoran üçün belə bir oyun qurub, guya yeməyi yeyənlər zəhərləniblər. Dördpendirli pizza

Elgiz düz deyib, bu hadisə həqiqətən yaşanıb. O, yaxşı jurnalistdir, yaşanmayan hadisəni efirdə danışmaz. Mənim qohumumdur, xasiyyətini bilirdim, yəni pir mənimdir, kəramətinə bələdəm. İlhamə nə vaxt düz danışıb ki... Həmişə "əyri" danışıb. Burda bir şey deyirdi, başqa yerdə başqa şey. Allah ona rəhmət eləsin, çox fərqli adama idi. Amma adam göründüyü kimi olar”.

Xatırladaq ki, aparıcı Elgiz Əkbərin mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı şok açıqlaması müzakirəyə səbəb olub. 

O, efirdə  İlhamə Quliyevanın hesabı ödəməmək üçün restoranı şərlədiyini deyib: "Hesab çox oldu. Baxdı ki, çox şey sifariş edib. Yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qusmağa”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Bunların hər ikisi efirdən uzaqlaşdırılmalıdır. Kütləvi informasiya vasitələri haqqında başda oturanlar mütləq əncam çəkməlidirlər.
    5 years ago
  • Müəllim
    Heç kəsi müdafiə eləmirəm, rəhmətliklərin arxasınca danışmaq ayıbdır.
    5 years ago