İlhamə Quliyevanın köməkçisi: “Ayağına vurdurduğu geldən sonra çürümə başladı”   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İlhamə Quliyevanın köməkçisi: “Ayağına vurdurduğu geldən sonra çürümə başladı” + VİDEO

Şou

13 Fevral 2025 12:45 267


Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızı onunla bağlı açıqlamalar verib.

Yenisabah.az xəbər verir ki, "Həftənin qonağı" verilişinə dəvət olunan Mehriban sənətçinin vurdurduğu dolğulardan ayağının çürüdüyünü bildirib.

"Onun ayağında çürümə gedirdi. Həm ürəyi xəstə idi həm də şəkəri var idi. Heç vaxt öz əziyyətini kiməsə bildirmirdi. Mən də bu barədə heçkimə demirdim. İstəmirdi ki onu bu cür görsünlər. Amma o ağrılarından o qədər zarıyırdı ki, ürəyim tab gətirə bilmirdi. Zamanında ayağına estetik prosedur etdirmişdi. Bunu heçkim bilmirdi. İlk dəfə açıqlayıram. Bu proses artıq o vaxtdan başlamışdı. Özü mənə bu barədə danışmışdı. Son zamanlar gəzə də bilmirdi. Gündə iki-üç ağrıkəsici iynələr vurdururdu". pizza

Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də vəfat edib. Onun səhər saatlarında vəziyyəti qəfildən pisləşib.

Təcili yardım maşını İ.Quliyevanın evinə çatanda o, artıq dünyasını dəyişib./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!