İlhamə Quliyevanın qızılları kimə qaldı? - “Əli Mirəliyev ağalıq edirdi”

saytların hazırlanması

Evə çatdırılma

İlhamə Quliyevanın qızılları kimə qaldı? - “Əli Mirəliyev ağalıq edirdi”

Şou

07 Noyabr 2024 13:04 773


“Bacım dünyasını dəyişəndə onun evinə gəldik. Sanki evi mebel salonu idi. Evdə nəinki xəzlər, bahalı qablar da yox idi”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu  mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Tarixin bir günü” verilişində deyib.

Tarix Əliyevin (Tolik) “Deyirdilər ki, İlhamə Quliyevanın balonlarla qızılları və brilliantları vardı. Onlar haradadır” sualına o belə cavab verib: Dördpendirli pizza

“İlhamənin evində cənazəsi olanda biz qonaq idik. Mən, bacım və bacım qızı. Onun evində o zaman ağalığı Əli Mirəliyev, onun qızı, İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan edirdi. Bu 3 nəfərin əlində idi hər şey. Evin açarları da”.

Tolikin “Bu gün İlhamə Quliyevanın mirasından nələrsə qalıb” sualına G. Quliyeva cavabında bildirib: “Mən yeganə varis deyiləm. Beş nəfərik. Beş qanuni varisi var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!