2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Hesabat dövründə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə tam uyğun, çevik və qüsursuz icrası təmin edilib. Xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə yerinə yetirilib. Pepperoni pizza
İlin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 19 milyard 179.4 milyon manat təşkil edib. Bu göstərici ilkin proqnozlardan 350.5 milyon manat (və ya 1.9 faiz) çoxdur.
Müvafiq dövrdə dövlət büdcəsinin xərclər hissəsi isə 17 milyard 230.6 milyon manatlıq proqnoza qarşı 16 milyard 775.5 milyon manat məbləğində icra olunub. Bununla da ilk yarımildə büdcə xərclərinin planı 97.4 faiz səviyyəsində reallaşıb.
Həmçinin cari ilin yanvar-iyun ayları ərzində ölkənin icmal büdcəsinin göstəriciləri də açıqlanıb. Məlumata görə, I yarımildə icmal büdcənin gəlirləri 24 milyard 414.1 milyon manat, xərcləri isə 19 milyard 824.4 milyon manat məbləğində icra edilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız