“2020-ci ilin ilk rübündə təxminən 78 min ton olan Bakı-Tblisi-Qars dəmiryolu xətti yük daşıması bu ilin ilk rübündə 2 min 468 vaqonla 154 min 836 tona çatıb”.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” agentliyinə açıqlamasında dilə gətirib.
O bildirib ki, dəmir yolu daşımaları getdikcə daha çox önəm kəsb edir: Toyuqlu pizza
“Pandemiya şərtlərində ticarətin davamlılığının təmin olunması üçün dəmir yolu daşıması daha çox əhəmiyyət daşımağa başlayıb. Bu ilin ilk rübündə ölkədaxili və ölkəxarici dəmir yolu daşımalarının həcmi keçən ilin eyni dövrünə nisbətən 30 faiz artıb”.
A.Karaismailoğlu Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistana, bundan başqa, Rusiya və Çinə blok yük qatarlarının işlədiyini, yaxın keçmişdə Süveyş kanalı böhranının Türkiyədən keçən Orta dəhlizin əhəmiyyətini ortaya qoyduğunu ifadə edib.
Nazir əlavə edib ki, BTQ üzərindən başladılan Türkiyə-Rusiya (Türkiyə-Gürcüstün-Azərbaycan-Rusiya) dəmir yolu nəqliyyatı ilə yeni bir Şimal-Cənub dəhlizi formalaşdırılacaq, fərqli təyinat nöqtələri və məhsul qruplarının daşınmasına imkan yaranacaq./Qafqazinfo
Telegram kanalımız