"Mən Moskvada, xəstəxanada yatanda Zeynəb Xanlarova zəng vurmuşdu".
Yenisabah.az Moderatora-a istinadla xəbər verir ki, bunu müğənni Mətanət İsgəndərli deyib.
Əməkdar artist bildirib: "Zeynəb Xanlarovanın repertuarından "Necə-necə" mahnısını yeni aranjmanda təqdim etdim. Sevə-sevə həmişə onun ifasında bu mahnını bəyənmişəm. Mənə elə gəlir ki, bu mahnıda çox qəribə bir ruh var. Ona qulaq asanda insanın ruhu qaynayır, həyat eşqi çoxalır. Bütün mahnıları elədir. Marqarita pizza
Mən Moskvada, xəstəxanada yatanda Zeynəb Xanlarova zəng vurmuşdu. Xəstəlikdən sonra oğlum dedi ki, Zeynəb Xanlarova zəng etmişdi. Təsəvvür edin ki, zəng edib məni həkimlərə tapşırıb.
Sənətə gələndə mənə dəstək olan insanlardan birincisi elə Zeynəb xanım olub. Yadımdadır, ilk konsertimə böyük bir gül çələngi göndərmişdi".
Telegram kanalımız