“İllərdir xalqı aldadırdınız?” — Murad Dadaşovun əməliyyatı qalmaqal yaratdı

saytların hazırlanması

Evə çatdırılma

“İllərdir xalqı aldadırdınız?” — Murad Dadaşovun əməliyyatı qalmaqal yaratdı

Sosial

21 Mart 2026 17:06 13953


Xəzər TV-nin rəhbəri Murad Dadaşovun xaricdə əməliyyatı sosial mediada müzakirə yaradıb. 

"Yeni Sabah" xəbər verir ki, məsələ ictimaiyyətdə müxtəlif reaksiyalar doğurub. Tarixçi alim Zaur Əliyev Xəzər TV-də müxtəlif həkimlərin və klinikaların geniş şəkildə reklam olunmasını xatırladaraq suallar səsləndirib: 

"Media yazır ki, Xəzər TV-nin direktoru Murad Dadaşov Almaniyada əməliyyat olub. Vəziyyəti yaxşıdır. Şükür. Allah heç kimə xəstəlikdən əziyyət verməsin.  Lakin Murad bəy illərdir rəhbərlik etdiyiniz TV kanalın efirində uzman doktorlar, nömrə bir həkimlər, analoqu olmayan klinikalar reklam edildi, bizlərə and içirdiniz ki, bu həkimlər və klinikalara güvənli şəkildə müraciət edə bilərsiniz və sairə.. Guya xəstələr razılıq edir, filan. Nə oldu? Özünüz Almaniyaya üz tutudunuz ? pizza sifarişi

İllərdir də sizin yalanlarınızın qurbanı olan bizlər isə firma dərmanlarının əsirinə çevrilmişik və reklam etdiyiniz həkimlərin də etdiyi əməliyyatlardan və müalicələrdən sağlam yerimiz də xarab olub. Xəstəlik qalıb qıraqda stress və depressiya bizi əldən salıb sizin reklam etdiyiniz  həkimlər və klinikaların "müalicəsindən" sonra".

İndi əməliyyat stolunda ağrı çəkəndə az da olsa vicdanınızla söhbət edə bildiniz ?

Xaricdə yaşayan dostlar deyir ki, həkim şəkərə görə cəmi bir dərman yazıb. Normal da həyatı davam edir. Mənim reklam edilən klinikalardan aldığım müalicə: Səhər 2 dərman, günorta iki dərman, axşam üç dərman... Hamısı da firma dərmanı. Sağalmaq qalsın kənara, verdiyi stressə görə əlavə bir dərman səhər, bir dərman axşam. Budur sizin reklam etdiyiniz həkimlər ?"

O, televiziya kanallarının reklam siyasətini də tənqid edib:

"İndi bir ağıllı çıxıb yazacaq ki, TV-lər reklamdan pul qazanırlar. Nə etsinlər? Demək dolayısı ilə etiraf edirlər ki, bu hakimiyyət efirləri başdı başına buraxıb ki, bir bizi təriflə, bir də nə yolnan olursa olsun pul qazan, xalqı aldat, yalan danış, oyun qur amma qazan. Dövlətin büdcəsindən ayrılan pullar belə çıxır ki, ünvana çatmır".

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirzəqulu dayı
    Nahaq özünüzü yormayın, Murad özünü günahsız hesab edəcək, bəhanələr gətirəcək. Murad və onun kimilər pul xatirinə özlərini slçaldanlardılar. Tfu bunların iyrənc, murdar sifətlərinə. O Murad var e, nə aktyor kimi aktyor oldu, nə şoumen kimi şoumen. Bu yaramaz hansı haqla Xəzər TVyə başçılıq edir?
    2 months ago
  • Təzəxan
    Çox hörmətli həmkarlar, Zaur Əliyev tanınmış jurnalist yox, tanınmış tarixçi alimdir, proffessordur...
    2 months ago
  • ZAUR
    Mən jirnalist deyiləm . Aliməm
    2 months ago