İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olub

saytların hazırlanması

Evə çatdırılma

İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olub

Sosial

12 Aprel 2023 10:36 44879


Azərbaycanda tanınmış aparıcılar İlqar Mikayıloğlunun və həyat yoldaşı hüquqşünas Zülfiyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub.

“Yeni Sabah” Oxu24.com xəbər verir  ki, bu haqda  hüquqşünas Zülfiyyə Bayramova özü "Elgizlə izlə" verilişinin canlı efirində bildirib.

"Mənim övladlığa götürdüyüm Əmrah da 44 günlük Vətən Müharibəsində şəhid olub. O, imkansız bir ailənin övladı idi. Kollecdə oxuyanda qalmağa yeri olmadığı üçün onu 15 yaşında evimə gətirdim. Öz övladlarımdan seçmirdim. Əsgərliyə də özüm yola saldım. Sonradan itkin düşmə xəbəri gəldi. Bir neçə gündən sonra məlum oldu ki, Əmrah şəhid olub",- deyə hüquqşünas canlı yayımda bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!