İmam Ağdamdakı erməni vəhşiliyini ifşa etdiyi üçün məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

İmam Ağdamdakı erməni vəhşiliyini ifşa etdiyi üçün məhkəməyə verildi

Dünya

28 May 2021 09:43 1220


Rusiyanın Çelyabinsk məscidinin imamı Rinat Yaminyev Ağdamda ermənilər tərəfindən tövləyə çevrilən məscidin görüntülərini paylaşdığı üçün məhkəməyə verilib.

Bu barədə TRT məlumat yayıb.

Yaminyev milli və dini zəmində nifrətin alovlandırılmasında ittiham olunur.

Onun sosial şəbəkə hesabında etdiyi paylaşımda həmçinin erməni işğalı illərində məscidlərin dağıdılmasından da bəhs olunub.

Qeyd olunur ki, hazırda Azərbaycan səfirliyi işin baxılacağı məhkəmədə öz nümayəndəsinin iştirakına nail olmağa çalışır./Oxu.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!