İmişlidə SSRİ bayrağı qaldıran şəxs danışdı: “Bunun nəyi pisdir ki?”

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə SSRİ bayrağı qaldıran şəxs danışdı: “Bunun nəyi pisdir ki?”

Sosial

13 May 2025 14:40 567


İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.  pizza

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

O bildirib ki, burada heç bir pis şey yoxdur.

"Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır", -  Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: "İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!