Pakistanın ən böyük müxalifət partiyası olan “Ədalət naminə hərəkat” keçmiş baş nazir İmran Xanın azadlığa buraxılması tələbi ilə paytaxt İslamabada doğru etiraz yürüşünə başlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Dawn" qəzetinin məlumatında deyilir.
Bildirlib ki, Xeybər-Paxtunxva əyalətinin Baş naziri Sohail Afridi yürüşü Lakki Marvat rayonundan elan edib. Bir neçə min etirazçıya müraciət edən Afridi hökuməti partiya nümayəndələri ilə danışıqlar aparmamaqda günahlandırıb. Pepperoni pizza
Afridi etirazçıları siyasi birliyin həbsdə olan qurucusu Xanın "əsgərləri" adlandırıb və onları onun müdafiə etdiyi siyasi kursu dəstəkləməyə çağırıb./Axar.az
Telegram kanalımız