İmtahana qumbara keçirmək istəyənlər olub - DİM sədri

saytların hazırlanması

Evə çatdırılma

İmtahana qumbara keçirmək istəyənlər olub - DİM sədri

Sosial

17 Mart 2023 11:39 925


"Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın". 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

"Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. "Telegram"da, bəzi kurslarda qanunsuz çağırışlar edilir", - DİM sədri bildirib.  Dominos pizza

Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: "Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!