“İndi 3 manatlıq “qəhrəmanlar” qeyrətə gələcəklər” – Nadir yenə coşdu

saytların hazırlanması

Evə çatdırılma

“İndi 3 manatlıq “qəhrəmanlar” qeyrətə gələcəklər” – Nadir yenə coşdu

Şou

09 Dekabr 2019 08:17 1071


Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.   

“Yeni Sabah” xəbər verir ki, sənətçi böyük oğlunu evləndirmək istəməsindən danışıb. Nadir bildirib ki, gəlin tapmaqda çətinlik çəkir:

"Bir çox valideynlər bu problemi yaşayır. Yaxşı qız da, oğlan da var. Amma tapmaq çətindir. Qıza deyəndə ərə get, oğlana evlən, çətinlik çəkirlər. Mənim üçün həyat yoldaşımı bacım bəyənib, amma indi biz bəyənsək də, qərar vermək çətin olur. Qızın oğlana, oğlanın qıza qarşı çirkinliyi əvvəl yox idi. Tək oğlan üçün yox, qız üçün də yaxşı həyat yoldaşı tapmaq asan deyil". Dominos pizza

Sosial şəbəkə istifadəçiləri onun bu sözləri ilə razılaşmayıb və onu tənqid ediblər. N.Qafarzadə isə öz növbəsində rəylərə cavab verib.  48 yaşlı müğənni rəylərdə izləyiciləri təhqir edib:

“Siz nə etdiniz? İndi 3 manatlıq “qəhrəmanlar” qeyrətə gələcəklər. Düz söz sərf etmir axı. Ay 3 manatlıq kafe, otel, tras, bar, “Tarqovu” “qəhrəmanları”, heç narahat olmayın, sizi də alan tapılar”.

İzləyicilər onun bu rəyini sənət adamına yaraşdırmayıb və onu mədəniyyətsiz adlandırıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!