“İndi canı ilə əlləşir” - Namiq Mənanı kim öldürmək istəyib? - Video

saytların hazırlanması

Evə çatdırılma

“İndi canı ilə əlləşir” - Namiq Mənanı kim öldürmək istəyib? - Video

Şou

07 Fevral 2020 16:34 1964


"O insanın kim olduğunu bilirəm və Allah onu cəzalandırdı. Ciddi xəstəlik tapdı və ona yaşamaq demək olarsa, canı ilə əlləşir. 22 yaşımda bu hadisə başıma gəldi".

"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış meyxanaçı Namiq Məna ARB TV-nin "Ona qalsa" verilişində deyib. Namiq Məna 3 il ərzində dərdinin tapılmadığını və ölümdən döndüyünü danışıb: 

"1991-1992-cı illərdə sənətdə iri addımlarla gedirdim. O vaxt yeməyimə balaca mismar atmışdılar və boğazımda qalmışdı. Amma idmanla məşğul olurdum deyə hiss etmirdim xəstəliyim, dərdim nədir. 3 ilə yaxın o mismar mənim boğazımda qaldı. Artıq həyatdan köçməyimə 10-15 gün qalmışdı. pizza

Elə məsələr var ki, onu sözlə ifadə etmək çətindir. 3 il ərzində böyük çətinliklərlə rastlaşdım. Təsəvvür edin ki, dərdini biləsən nədir, onu müalicə edəsən. Bilmirdim, dərdim nədir?! Boğazım sancanda elə bilirdim ki, el şənliyində çox iştirak etdiyim üçündür. Sonradan təzyiq verdi, çox arıqlatdı və yatağa saldı.

Zəngəzur mahalında Mirsədi, Mirməhəmmədbaba adlı ağır ocaqlarımız var. Onların xidmətçiləri olan Şəkil xala, ruhu sağ olsun, əlini boğazıma atdı və dedi ki, mismar yeyirsən? Əslində mən elə şeyə inanmırdım. Əlini boğazıma gətirəndə tutdum. Bəhanə elədim ki, guya əlini öpürəm. Sadəcə baxmaq istəyirdim ki, əlində nəsə var, ya yox. Gördüm ki, əli boşdur. Əlini biləyinə kimi boğazıma saldı və çıxaranda gördüm ki, balaca mismardır.

Sağaldım və beynimə qan işlədi"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!