İndi də insan alverində ittiham edib 1 milyon istəyir

saytların hazırlanması

Evə çatdırılma

İndi də insan alverində ittiham edib 1 milyon istəyir

Şou

04 Fevral 2025 17:36 288


Xəbər verdiyimiz kimi, "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı" əsərləri ilə tanınan 64 yaşlı yazar Nil Qeyman cinsi təcavüzdə ittiham edilir.

Yenisabah.az xəbər verir ki, övladlarının dayəsi Skarlet Pavloviç 64 yaşlı yazarla həyat yoldaşı, müğənni Amanda Palmerə qarşı məhkəmə iddiası qaldırıb. O, cütlükdən 1 milyon dollar (1 milyon 700 min manat) tələb edib

Pavloviç iddia edir ki, Palmer ərinin təcavüzkar olduğundan xəbərdar olsa da, onu işə götürüb. İddiada cütlük insan alverində də ittiham olunur. Sezar pizza

İddiada deyilir ki, Qayman bir neçə ay ərzində Pavloviçi cinsi zorakılığa məruz qoyub, onu boğub, kəmərlə döyüb və alçaldıb. Pavloviç bildirib ki, işini və evini itirmək qorxusundan buna dözmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Qeymanla Amanda ayrı yaşayırlar. Onların Entoni adlı bir övladı var. Yazarın birinci həyat yoldaşı, aktrisa Meri Makqratdan da üç övladı var./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!