Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı Azərbaycan kinosunun bugünkü vəziyyətindən narazılıq edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən Ülkər Xalq artisti Firəngiz Mütəllimovaya müraciətlə yazıb:
“Bayaq telekanalların birində “Bəyin oğurlanması” filmi gedirdi. Bir daha başa düşdüm ki, Azərbaycanın bütün qaymaqları o kinolarla getdi. İndi kimə baxasan, hansı sənətə baxasan? Nəbilim, çox heyif! Azərbaycan incəsənətinin sütunları yoxdur. Firəngiz Mütəllimova, Allah sizə can sağlığı versin”. Toyuqlu pizza
Telegram kanalımız