“İndiki məşhur ixtisaslar 5 il sonra lazım olmayacaq“ - DİM sədri

saytların hazırlanması

Evə çatdırılma

“İndiki məşhur ixtisaslar 5 il sonra lazım olmayacaq“ - DİM sədri

Sosial

15 İyul 2022 16:45 990


Artıq bir ixtisası ömürlük seçmək mümkün deyil.

Yenisabah.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə indiki dövrdə insanlar öz məşğul olduğu sahəni 5 dəfə dəyişməli olur. pizza hut

"Texnologiyalar çox dəyişir. Ola bilsin ki, indi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq. İxtisas seçimi yox, fəaliyyət istiqaməti təyin edilməlidir. Öz-özünü kəşf etmək üçün testlər var. DİM tərəfindən çoxdan individual xidmətləri göstərilir, müraciət edənlərin sayı isə elə də çox deyil. Amma 15-16 yaşlı uşaqlarda bunu etmək üçün Təhsil Nazirliyi ilə layihə həyata keçirəcəyik və bu dövlət layihəsi olacaq. Biz təfəkkürü dəyişmək üçün bunu etməliyik", - deyə M. Abbaszadə əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!