“İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır” - Türkiyə Minifutbol Federasiyasının prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır” - Türkiyə Minifutbol Federasiyasının prezidenti

Minifutbol 2025

23 May 2025 21:30 400


İndiyədək keçirilən dünya çempionatlarından ən gözəli Bakıda təşkil olunandır.

Bunu "Report"a açıqlamasında Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul bildirib.

"Qardaş ölkə Azərbaycanı möhtəşəm təşkilatçılığa görə ürəkdən təbrik edirəm. Həqiqətən mundiala əla hazırlaşıblar. Bu günə qədər təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıda keçiriləndir. Bunu bütün qəlbimlə söyləyirəm. Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ukraynaya qarşı keçirdiyimiz oyunda sona qədər bizi dəstəklədilər. Bu dəstək sayəsində özümüzü Türkiyədəki kimi hiss etdik. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", - deyə C.Durul söyləyib. Toyuqlu pizza

O, Ukraynaya qalib gəldikləri (3:1) C qrupunun ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bu rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Qrupdakı ilk matçımızda son dünya çempionatının üçüncüsü olan Macarıstandan 1 xal almağı bacardıq. Ukrayna üzərindəki qələbə qrupdan çıxmaq şansımızı çox artırdı. Qələbə qazandığımız üçün çox xoşbəxtik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!