“İnformasiya bolluğu çox zaman “informasiya çirkliliyinə“ səbəb olur“ 

saytların hazırlanması

Evə çatdırılma

“İnformasiya bolluğu çox zaman “informasiya çirkliliyinə“ səbəb olur“ 

Sosial

20 Dekabr 2023 17:03 500


Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova internetin həyatımıza daxil olması ilə çoxtərəfli informasiya axınının yarandığını deyib. 

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Media savadlılığı" konfransında danışıb. 

Ekspert bildirib ki, informasiya bolluğu çox zaman "informasiya çirkliliyinə" də səbəb olur: "Bu isə media savadlılığının əhəmiyyətini bir daha ortaya qoyur. Həm informasiya istehsalçısı, həm də informasiyanı qəbul edən tərəf mediasavadlı olmalıdır. Mediasavadlı şəxs müəyyən bacarıqlara malik olmalı, informasiyanın dəqiqliyini yoxlamalı, ardınca isə onu yenidən istehsal etməlidir".  Toyuqlu pizza

O xatırladıb ki, gənclər günlərinin xeyli hissəsini sosial mediada keçirir və proseslərə səssiz qalmırlar. (Report) 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!