İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini Londona göndəriləcək

saytların hazırlanması

Evə çatdırılma

İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini Londona göndəriləcək

Sosial

09 Mart 2023 21:01 1738


İngiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalov İngiltərəyə oxumağa göndəriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə MÜSİAD-dan bildirilib.

Məlumatda qeyd olunur ki, hazırda İ.Zeynalovun səfəri üçün lazımi tədbirlər görülür. pizza mizza

Təşkliat İ.Zeynalovu İngiltərəyə yay məktəbinə göndərəcək.

Qeyd edək ki, İ.Zeynalov Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda doğulub və o, hazırda valideynləri ilə orada yaşayır.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Qubanın Xınalıq kəndindən olan İbrahimin polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!