“İngiliscə danışırlar, Nizamini, Füzulini tanımırlar, qruplaşma yaradırlar” - Sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“İngiliscə danışırlar, Nizamini, Füzulini tanımırlar, qruplaşma yaradırlar” - Sərt sözlər

Sosial

25 İyun 2023 14:35 1723


“Mübariz Qurbanlının xaricdə dini təhsil alanlar bu ölkənin xüsusi xidmət orqanlarının təsiri altına düşür" fikirləri ilə razılaşmaq olar. Çünki ölkəmizdə Azərbaycan İlahiyyat Universiteti var və burada milli-dini ənənələr daha yüksəkdir. Bizdə kim Səudiyyə Ərəbistanında oxuyursa, sələfi olur. İranda və İraqda oxuyanların hamısı isə şiə olur. Misirin Əl-Əzhər Universitetini qurtaranlar belə ölkəyə qayıdıb tamam ayrı istiqamətlərdə fəaliyyət göstərir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq dpeutatı Cümşüd Nuriyev deyib. 

O, xaricdə dini təhsil alan tələbələrin həmin ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi faktından söz açıb. pizza sifarişi

C.Nuriyevin fikrincə, bu gün Azərbaycanda 20-yə qədər təriqət var ki, o təriqətlər də kifayət qədər təhlükəlidir:

“Xüsusilə də son zamanlar Azərbaycanda vəhhabilərlə bəhailərin, eyni zamanda sələfilərlə nəqşibəndlilərin mübarizəsi görünür. Hazırda Azərbaycanda hürufilik, həvarilik, xəlvətilik, bektaşilik kimi təriqətlərin çoxalması həm milli birliyə çox ciddi ziyan vurur, həm də bunlar dini müstəvidə ölkəmiz üçün ciddi problemlər yaradır. İslam olduğu kimi təbliğ olunmur, əksinə, siyasiləşir”. 

“O ki qaldı digər sahələrdə təhsil alanların həmin ölkənin xüsusi xidmət orqanlarına cəlb olunmasına, bu, bir qədər inandırıcı görünmür, amma bu yoxdur demək də səhvdir. Azərbaycan dövləti çalışmalıdır ki, daha çox bakalavr və magistr səviyyəsində xaricdə təhsil təlqin olunsun. Lakin ən əsası orta məktəblərə meyl etmək lazımdır. Bizdə orta məktəblərdə ilahiyyat dərsi keçirilmədiyi üçün uşaqlar İslamın əsasını bilmirlər. Bu isə çox ciddi problemlər yaradır. Ali məktəbdə multikulturalizm dərsi keçirilir, lakin multikulturalizmin keçirilməsindən ötrü orta məktəblərdə baza olmalıdır, amma bu, yoxdur. Orta məktəbdə Həyat Bilgisi yerinə İlahiyyat dərsi keçirilsin və heç olmasa, dinlərin əlifbası öyrədilsin. Bu, problem yaratmaz”, - müsahibimiz söyləyib.

O, əlavə edib ki, Azərbaycanda uşaqların çoxunu orta məktəbdən çıxarıb xaricə aparırlar:

“Onlar da Nizami və Füzuli oxumadıqlarına görə bu milləti qəbul etmirlər və xaricdə qalırlar. Gələnlər də dilimizi bəyənmirlər. Son zamanlar xaricdən oxuyub gələnlərin çoxu da özlərini cəmiyyətdən seçirlər, ingiliscə danışırlar, işlədikləri yerdə bir növ qruplaşma yaradırlar. Bu, təhlükəli tendensiyadır. Biz dünyaya inteqrasiya edən bir dövlətik və xaricdə oxuyanların bizə bir ziyanı yoxdur. Burada yetişib xaricə gedən tələbələr isə həmin ölkələrdəki dini təriqətlərə qoşulmurlar. Bu mənada Elm və Təhsil Nazirliyi yaxşı olardı ki, bir konsepsiya hazırlayardı və orta məktəbdən başlayaraq, bu məsələləri həll etsin. Ayrı cür mümkün deyil”. 

“Bu gün xaricdə təhsil alanların əksəriyyəti daha çox ziyalı ailələrin övladlarıdır. Daha çox imkanı olanlar uşaqları üçün şərait yaradır. Bu uşaqları xarici təsir altına salmaq isə bir az çətin olur. Kim özü onlara xidmət etmək istəyirsə, onlar sözsüz qoşulacaqlar. Kimin dədəsi-babası KQB-yə xidmət edibsə, nəvəsi də onlara xidmət edəcək. Bu qaçılmazdır”, - C.Nuriyev fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!