İngiltərə kosmosa qoşun göndərir? - Yeni hərbi bölmə yaradılır

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə kosmosa qoşun göndərir? - Yeni hərbi bölmə yaradılır

Dünya

24 Sentyabr 2026 08:32 96


İngiltərə kosmosda peyklərini qorumaq üçün yeni hərbi bölmə yaradır.

“Yeni Sabah” xəbər verir ki, İngiltərə Kral Hərbi Hava Qüvvələrinin açıqlamasına əsasən, ölkənin kosmosdakı maraqlarını qorumaq, peyklərə qarşı düşmən müdaxilələrinin qarşısını almaq və mümkün hücumlara cavab vermək məqsədilə yeni hərbi donanma yaradılacaq. “3 saylı Kosmik Təsir Donanması” adlandırılan yeni bölmədə silahlı qüvvələrin müxtəlif sahələrindən hərbçilər yer alacaq. Donanmanın əsas vəzifəsi orbitdəki peyklərin qorunması olacaq.

Yeni bölmə kosmosda mümkün təhlükələri izləyən və bu barədə xəbərdarlıq edən “1 saylı Kosmik Əməliyyatlar Donanması” və “2 saylı Kosmik Xəbərdarlıq Donanması” ilə birlikdə fəaliyyət göstərəcək. Yeni donanma təhlükə yaranacağı halda birbaşa müdaxilə edə biləcək. Bölmənin həm hücum, həm də müdafiə imkanlarına malik olacağı, elektron müharibə vasitələri və peykləri hədəf alan silahlara qarşı texnologiyalarla təchiz ediləcəyi bildirilib. İngiltərənin müdafiə naziri Ues Stritinq yeni donanma ilə bağlı Londonda keçirilən İngiltərə Kosmik Qüvvələri Konfransında danışıb. Dördpendirli pizza

Nazir bildirib ki, yeni bölməyə “Ulduz Donanması” adının verilməsi təklif olunub. Lakin bu təklif baş qərargah rəisi tərəfindən qəbul edilməyib. Ad “Ulduz Yolu” filmindən ilhamlanaraq təklif edilib. Stritinqin sözlərinə görə, yeni donanma kosmosda düşmən fəaliyyətlərinin qarşısını almaq və onların təsirini azaltmaq üçün çalışacaq.

O qeyd edib ki, yeni bölmə İngiltərə üçün həyati əhəmiyyət daşıyan peyklərin qorunmasına, onları təhdid edən qüvvələrin çəkindirilməsinə və kosmosda təhlükəsiz fəaliyyətin təmin olunmasına imkan verəcək.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!