Uşaq doğulan zaman ona ad qoyub, deyirik ki, adı ilə böyüsün. Əksər valideynlər hətta uşaq dünyaya gəlməzdən əvvəl ona ad axtarmağa başlayırlar. Müəyyən yaşa gələndən sonra adlarını dəyişənlər də az deyil. Buna səbəb isə bu ismin onların həyatına təsir etməsinə inanmalarıdır.
Bəs, həqiqətən adlar insan taleyində rol oynayırmı?
Bu barədə psixoloq Fərqanə Mehmanqızı “Yeni Sabah”a açıqlama verib. Onun sözlərinə görə, adlar müəyyən enerjidən ibarətdir və bu da həyatımıza müxtəlif cür təsir göstərir: pizza hut
“Adlar insan həyatına bu və ya digər şəkildə təsir göstərir. Çünki sözlər müəyyən enerjiyə malikdir. Ona görə də, bir insanı hansı adla və necə çağırırsansa, insanın həyatı da o müraciətə uyğun enerji daşıyır və o tərəfə yönlənir. Bu səbəbdən valideynlərə tövsiyə edirik ki, övladlarınıza uşaq vaxtı necə səslənirsinizsə, həmin müraciət formasına diqqət edin. Sözlərin və adların enerjisi həyatımızda ciddi əhəmiyyət kəsb edir. Bu səbəbdən sözlər və adlar da bizim yaşamımıza təsir edir”.
Psixoloq müzakirə edilən məsələ ilə bağlı valideynlərə səslənib:
“Adi bir sözdən ya da təhqirdən insan necə özündən çıxır, ya da əksinə tərif və xoş ifadəyə görə sevinir. Bu da məhz həmin məsələ ilə bağlıdır. Övladımıza ad seçərkən diqqətli olmalı, həmin mövzuya çox həssas yanaşmalıyıq. Araşdırsaq görərik ki, hər bir insana qoyulan ad onun taleyində müəyyən qədər öz təsirini yansıdır”.
Aytac Şahin
Telegram kanalımız