“İnsan nə qədər düşüncəsiz olar ki, qırmızı geyinib Anım Gününə gəlsin!” 

saytların hazırlanması

Evə çatdırılma

“İnsan nə qədər düşüncəsiz olar ki, qırmızı geyinib Anım Gününə gəlsin!” 

Sosial

29 Sentyabr 2021 08:27 9587


Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 27 sentyabrda, Anım Günündə geyindiyi paltar müzakirələrə səbəb olub. Mehriban Qaralovanın bu addımı sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri baş həkimin bu davranışına sərt etiraz ediblər.

Mövzu ilə bağlı Qarabağ qazisi Rey Kərimoğlu təəssüratlarını Moderator.az-la bölüşüb:

“Baş həkimin Anım Günü qırmızı geyinib şəhid analarının görüşünə getməsini müsbət qarşılamıram. O fotonu mən də gördüm. Düşündüm ki, bu qədər yanlışlığa yol vermək olmazdı. Bəlkə də o Zəfər günü ilə Anım Gününü səhv salıb. İnsan nə qədər dayaz və düşüncəsiz olar ki, belə gündə qırmızı geyinib Anım Gününə gəlsin. Heç xoşagələn hal deyil.  Neçə gündür efirlərdə, sosail şəbəkələrdə  şəhidlərimizdən bəhs edilir, onların bu torpaq üçün qanlarından, canlarından necə keçdiyindən danışılır. O itkilərə görə ürəyimiz yanır, acımız var. Belə bir gündə şəhid analarının qarşısına bayram ab-havasında çıxmaq...  pizza mizza

Ümumiyyətlə hesab edirəm ki, belə günlərdə məmurlar və dövlət xadimləri, millət vəkilləri geyimlərinə, davranışlarına fikir versəydilər yaxşı olardı. Təsəvvür edin ki, Anım Günündə adi bir vətəndaş o geyimi geyinib gəlsydi heç kimin diqqətini çəkməzdi”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • talıbzadə
    Cox ayıb
    5 years ago
  • Ələsgər Ələsgərov
    Təəccüblü heç nə yoxdur. Sünnət əməliyyatından sonra ilk dəfə bayıra çıxıb
    5 years ago