İnsan ömrünün maksimum həddi açıqlandı - 150-190 il yaşaya bilərik...

saytların hazırlanması

Evə çatdırılma

İnsan ömrünün maksimum həddi açıqlandı - 150-190 il yaşaya bilərik...

Sosial

01 Avqust 2026 18:32 99


İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir.

Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar.

Kompüter simulyasiyalarına əsaslanan araşdırmanın nəticələrinə görə, yaşlanma ilə əlaqəli bütün xəstəliklərin qarşısı alınsa belə, insan orqanizminin bioloji məhdudiyyətləri qalır. Dördpendirli pizza

Mütəxəssislərin hesablamalarına əsasən, hətta bütün xəstəliklərin aradan qaldırıldığı hipotetik ssenaridə belə insan ömrü təxminən 150-190 il arasında məhdudlaşa bilər.

Araşdırmada bunun əsas səbəblərindən biri kimi hüceyrələrdə zamanla toplanan somatik DNT mutasiyaları göstərilir. Bu mutasiyaların uzun müddət ərzində həyati orqanların fəaliyyətinə mənfi təsir göstərə biləcəyi bildirilir.

Ürək və beyin hüceyrələri yenilənmir

Tədqiqatçılar qocalma prosesində hüceyrələrin yenilənmə qabiliyyətinin mühüm rol oynadığını müəyyən ediblər.

Qaraciyər və dəri kimi toxumalar mütəmadi olaraq yenilənə bildiyi halda, ürək və beyin kimi həyati orqanlardakı hüceyrələrin yenilənməsi olduqca məhduddur.

Nəticədə illər ərzində bu hüceyrələrdə zədələnmiş DNT-lərin toplanması orqanların fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Alimlər vurğulayıblar ki, 150-190 il göstəricisi insan ömrünün dəqiq və dəyişməz həddi deyil. Bu, qocalma mexanizmlərini öyrənmək üçün hazırlanmış riyazi modelin nəticəsidir.

Mütəxəssislərin fikrincə, hazırda insanların bu nəzəri həddən xeyli qısa yaşaması qocalmanın yalnız DNT mutasiyaları ilə bağlı olmadığını göstərir.

Tədqiqatın əsas məqsədinin insan ömrünü sonsuzadək uzatmaqdan daha çox, yaşlılıq dövründə insanların daha sağlam və keyfiyyətli həyat sürməsinə imkan verəcək müalicələrin hazırlanmasına töhfə vermək olduğu qeyd edilib. /Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!