İnsan qocalanda niyə “uşaqlaşır?”

saytların hazırlanması

Evə çatdırılma

İnsan qocalanda niyə “uşaqlaşır?”

Sosial

10 Avqust 2021 15:07 1548


İnsan yaşlandıqca səhhətində müəyyən problemlər yaranır, yaddaşı tədricən zəifləyir. Bununla paralel olaraq yaşlı adamın  xarakterində də müəyyən dəyişikliklər müşahidə olunur. Onlar ətrafdakılardan tez-tez inciyir, küsməyə meyilli olurlar. Yəni insan qocalanda “uşaqlaşır”.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Yenisabah.az-a yaşlanarkən insan fiziologiyasına xas olan fərqli məqamların ortaya çıxdığını söyləyib:

“Burada bir çox insan fiziologiyası ilə bağlı məqamlar var. Yaş keçdikcə insanın müqaviməti və işləmək potensialı azalır, fəaliyyət imkanı məhdudlaşır. Bunun hüquqi və qeyri-hüquqi tərəfi də var. İnsan bu prosesdə fizioloji məqamlarla paralel onun psixoloji tərəflərini də yaşayır. Sezar pizza

Yaddaşın yavaş-yavaş zəifləməsi, diqqəti cəmləməkdə müəyyən qədər problemlər olur. Bəzən özünü gərəksiz hiss edir və uyum saxlaya bilmir. Baxmayaraq ki, yaş keçdikcə onların həyat təcrübələri daha çox olur. Lakin bunu tətbiq etməkdə bəzən problem yaşayırlar. Bu da şübhəsiz ki, onlarda psixoloji fəsadlar yaradır”.

Psixoloqun sözlərinə görə, qocalar nəvələri ilə vaxt keçirməklə öz itmiş cavanlıqlarını geri qaytarmağa çalışırlar:

“Çox vaxt qocalar daha çox meyilini nəvəyə salırlar. Onlarla zaman keçirmək istəyirlər. Bu proses ilə onlar itmiş cavanlığını geri qaytarmağa çalışırlar. İstəyirlər ki, nəvə üçün hər şey yaxşı olsun. Onları gəzməyə aparırlar. Halbuki bəlkə də öz övladına qarşı elə diqqətcil olmayıblar”.

Elnur Rüstəmov yaşlı insanlara iş gördürməməyin doğru bir fikir olmadığını qeyd edib:

“Qocaların istədiyi əsas şey diqqətdir. Diqqətin fonunda onlara faydalı olduqlarını hiss elətdirmək lazımdır. Əgər insan özünü faydalı görsə, bu, onlara müsbət təsir göstərəcək.

Bəzən onlar özlərini faydalı deyil, sanki artıq biri kimi hiss edirlər. Ona görə də yaşlı insanlara müəyən qədər iş vermək lazımdır. Bəzən belə bir fikir səsləndirirlər ki, “sən heç nə etmə, otur”. Bu doğru bir yanaşma deyil. Kiçik də olsa, onlara iş tapşırılmalıdır. Belə olanda qocalar özlərini faydalı sayarlar. Bu məqam da diqqətə alınmalıdır”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!