Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İnsanda bu səviyyədə həyasız boz sifət olmamalıdır”
02 Avq 2021 07:46
46112

“İnsanda bu səviyyədə həyasız boz sifət olmamalıdır”

“Rusiyada Dövlət Dumasında 30 ildir bir dəli liberal demokratlar partiyası guya işləyir. Onun da başında ağzının danışığını qanmayan Jirinovski adlı birisi dayanaıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks – spikeri Rəsul Quliyev deyib. O, qeyd edib ki, Jirinovskinin ağıldan kəm, sarsaq olduğu ona verilmiş birinci suala cavabdan başlayır

“Hələki Rusiyada yaxşı zamanlar idi, jurnalistlər istədikləri sualı verə bilirdilər. Ondan sizin valideynləriniz kimdir soruşanda o anam rusdur, atam advokat cavabını verdi. Bu komik adam guya atasının yəhudi olduğunu gizlədir. 

İntervyularının birində biz böyük xalqıq  İran körfəzi, Aralıq dənizinə qədər hər yer bizim olmalıdır, ruslar ayaqlarını Hind okeanında yumalıdırlar deyir. Bir çoxunuz düşünürsünüz belə bir şey ola bilməz, bu axmaqlıq da deyil, ipləmə dəlilikdir. Ancaq həqiqətən bu sözləri deyən Jirinovskidir. 

21 ildir hökumətlərinin başında bir adam dayanmasına baxmayaraq, heç bir xəcalət çəkmədən öz rejimlərini demokratiya adlandırırlar. İnsanda bu səviyyədə həyasız boz sifət olmamalıdır. Jirinovskinin 30, Putinin 21 il deputat və prezident olduğu ölkənin dostlarının siyahısına baxın.

Venesuela, Belarusiya, gözünü Avropaya tikmiş rusa qardaş deyən Serbiya, ondan nəsə qopartmaq istəyən Kuba, vəssəlam. Çin xalq respublikası Rusiyanı yavaş yavaş udmağa başlamış anakondadır. Sovet dağılandan sonra RF-na açıq nifrət edənlər Gürcüstan, Ukrayna, Moldova, 3 Baltik respublikası, 45-ci ildən 1990-cı ilə qədər Sovetin əsarətində yaşamış şərqi Avropa.

Jirinovskinin “Paşinyanı biz saxladıq” kimi sözləri bu insanın dəliliyinə dəlalət edir. Paşinyanı ən azı 2 ildir siz yıxmağa cəhd etdiniz, indi də buna davam edirsiniz, ancaq sizin həyasızlığınız erməniləri qəzəbləndirdi və birinci dəfədir Rusiyanın əleyhinə olan şəxs, Paşinyan seçkiləri möhtəşəm uddu. 

Sizdən fərqli olaraq Prezident Əliyevin onlarla Avropada və bir o qədər də Amerikada dost ölkələri vardır. 

Əliyev arxasındakı xalqa söykənərək reformalar edəcək, Azərbaycanı tamamilə başqa bir səviyyəyə qaldıracaq. Jirinovski kimi deputatları olan Rusiyanın gələcəyi parçalanmaq və Sibirin Çin respublikası tərəfindən udulması ilə qurtaracaq. Jirinovski ayaqlarını Volqa çayında yumağa məcbur olacaq. 

Jirinovskinin sərsəmləməyinə nota səviyyəsində cavab verilməməlidir. Azərbaycanın tanınmış psixiatırları, Rus alimlərini də bu işə qoşmaq, faktları sadalamaqla bu adamın cəmiyyətdən izolyasiya edilməsini təklif etməlidirlər. Bu adam zır dəlidir. Və həmişə seçkiqabağı bu dəlilik faktorundan istifadə edir. Mən vaxtilə çox yuxarı postlarda olanlardan bu Jirinovski barədə soruşdum. Onların cavabı Rusiyada da 8 faizə yaxın dəli var və onlar Jirinovskiyə səs verirlər olub”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər