“İnsanlar canı ilə əlləşərkən bəzi qurumlar qəddarlıq edir” - Sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar canı ilə əlləşərkən bəzi qurumlar qəddarlıq edir” - Sərt açıqlama

Sosial

20 Oktyabr 2021 22:01 1100


“Jurnalist xəstə anasını klinikaya aparır, tibb müəssisəsinin yeganə girişinin önündə bir neçə dəqiqə avtomobilini saxlayır, öz xəstəsini müşayət edir, yola salır və yaxud gözləyir. Bu ərəfədə isə BNA dayanma və durma qaydalarını pozduğu üçün avtomobilə cərimə tətbiq edir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış siyasi şərhçi Bəhruz Həsənov özünün facebook səhifəsində yazıb.

O, fikrini belə davam etdirib: “Maraqlıdır, BNA-nın məntiqinə əsasən xəstələr yol kənarında yerləşən xəstəxanalara necə getməlidirlər? Uçaraq? Dördpendirli pizza

Yaşlı insandır, qəfil ağrısı tutub, yaxınları nə etsin, həyətdə maşın ola-ola taksi xidmətinə zəng vursunlar?

Oğul-şofer anasının-xəstənin qoluna girib həkimin yanına qədər aparmasın?

Yol kənarında yerləşən tibb müəssisələrinin qarşısında parklanma məsələsinə yenidən baxılmalıdır. İnsanlar canı ilə əlləşərkən bəzi qurumların azərbaycanlıya yaraşmayan qəddarlıqla cərimə hərisliyi etməsi qəbuledilməzdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Düzdür. Harda gəldi, hərəkət intensivliyi olmayan yerlərdə, dayanma,durma qadağandır nişanları quraşdırılır.
    5 years ago
  • RAHİM
    AZƏRBAYCANDA XALQI, XƏSTƏNİ DÜŞÜNƏN MƏMUR YOXDUR QARDAŞ TƏKİ MƏMURUN CİBİ DOLU OLSUN.
    5 years ago