YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“İnsanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır“  - Deputat

“İnsanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır“ - Deputat

Sosial

20 Sentyabr 2022 15:49 566


Ölkədə insanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

O qeyd edib ki, hətta qiymətlər qardaş Türkiyə ilə müqayisədə kifayət qədər yüksəkdir:

“Dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problemlər var. Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və bizə təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!