“İnsanlar gərək ayıq olsun...” – Qurban Yetirmişlidən SON DƏQİQƏ açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar gərək ayıq olsun...” – Qurban Yetirmişlidən SON DƏQİQƏ açıqlaması

Sosial

04 İyul 2023 11:31 5130


Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Yenisabah.az xəbər verir ki,  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  baş direktoru Qurban Yetirmişli mətbuat konfransı zamanı xalqa açıqlama verərək təhlükənin olmadığını bildirib:

"Təkanın baş verməsi 10 saniyədən bir az artıq olsa da, qorxulu heç nə baş verməyib. Heç bir fəsad olmayıb, dağıntı yoxdur. 

Əhalidə bir az təşviş olub, amma sosial şəbəkələrdə yayılan şayiələrə gərək inanmasınlar. İnsanlar yalnız rəsmi məlumatları izləməlidirlər. 

Sosial şəbəkələrdə yazırdılar ki, 2 saat sonra yenə zəlzələ olacaq filan... Həmin informasiyanı yayan adam 65 kilometr dərinlikdə oturub telefonla bu məlumatımı yayır? Ayıbdır. 

Dünənki təkanın heç bir qorxusu yox idi, çünki çox dərində idi. Bizdə zəlzələ ocağı Xəzərdə, özü də çox dərində yerləşir. Bu dərinlikdə baş verən təkan fəsad törədə bilməz. 

İnsanlar gərək ayıq olsun, şayiələrə inanmasınlar. Sosial şəbəkələri heç oxumaq da lazım deyil. Rəsmi məlumatları oxuyun və rahat evinizdə yatın, dincəlin, istirahətinizdə olun. Afterşokdan sonra baş verə biləcək zəlzələyə gəldikdə isə ondan da güclü zəlzələ ehtimalı yoxdur, ola da bilməz. Çünki əsas güc gecə olan 10 saniyədə olub. Ondan sonra da zəlzələ olub, amma əhali bunu heç hiss etməyib, onu ancaq cihazlar hiss edib". 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!