28 May - 18:43
“İnsanlar heykəllə canlı ünsiyyətə girə bilirlər, hündürlük əsas deyil” - Elman Nəsirov

“İnsanlar heykəllə canlı ünsiyyətə girə bilirlər, hündürlük əsas deyil” - Elman Nəsirov

Sosial

22 Yan 2022 18:52


“Neft maqnatı, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev sözün həqiqi mənasında tarixi şəxsiyyətdir və o, Azərbaycan cəmiyyəti, elmi, təhsili, maarifi üçün müstəsna xidmətlər göstərib. Tağıyev öz vəsaiti hesabına çoxsaylıı Azərbaycan gənclərinin təhsil almasını təmin edib, ölkəmizdə qızlar məktəbinin əsasını qoyub. Z.Tağıyev eyni zamanda elə addımlar atıb ki, bütün bunlar nəticə etibarilə millətin gələcəyinə xidmət edib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov H.Z.Tağıeyevin heykəlinin zədələnməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, tarixi şəxsiyyətin heykəlinə ziyan vuranlar dövlətçiliyimizin əleyhinə olan şəxslərdir.

“Prezident cənab İlham Əliyev də Hacı Zeynalabdin Tağıyevin xidmətlərini çox yüksək qiymətləndirib. Onun heykəlinin açılışı oldu. Bu açılış bir daha onu göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz tarixi irsinə sadiqdir, onu həmişə yüksək tutur. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, içərimizdə vandal, barbar düşüncəli insanlar var. Həmin insanlar bu gün sosial şəbəkələrədə də eyni işlə məşğuldur. Təsəvvür edin ki, bu gün Hacı Zeynalabdin Tağıyev kimi tarixi şəxsiyyətin heykəlinə ziyan vuran həmin şəxslər əslində Azərbaycan dövləti, dövlətçiliyi əleyhinə çıxış edən insanlardır. Onlar Azərbaycanda müsbət heç bir şey görmək istəmirlər. Belə hesab edirəm ki, bunu məqsədyönlü şəkildə ediblər. Bunu kiçik bir xuliqanlıq hərəkəti kimi qiymətləndirmək olmaz. O qüvvələr bunu ediblər ki, onlar Azərbaycanda sabitliyin, təhlükəsizlik mühitinin, əmin-amanlığın olmasında maraqlı deyillər. Çalışırlar ki, nə isə bir ziyan vursunlar.

Heykəlin əlindəki təsbehi sındırmağı ona görə kiçik xuliqanlıq hərəkəti saymıram ki, adətən belə hərəkət edənlər konkret maddi mənfəət güdürlər. Bu və ya digər addımlar atanların hansısa maddi xeyri olmalıdır. Cənab Prezident belə bir möhtəşəm abidənin açılışını edib, böyük şəxsiyyətlə bağlı fikirlərini paylaşır, cəmiyyətə mesajlar verir və bunun ardınca belə bir hadisə baş verir. Bu əməli törədənləri kəskin şəkildə pisləyirəm. Hesab edirəm ki, onu edən şəxslərin adında soyadında azərbaycanlı sözü olsa da, onlar əslində mahiyyət etibarilə, vücud, məzmun etibarilə azərbaycanlı deyillər və Azərbaycanın düşmənləridir”.

Millət vəkili heykəlin postamet üzərində ucaldılmaması ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə də münasibət bildirib. Onun fikrincə, heykəli yüksəkdə qoymaq onun təhlükəsizliyinə heç zəmanət vermir: “Yəni o xəbis insanlar, antimilli düşüncəli insanlar əgər ziyan vurmaq istəyirlərsə, hansı hündürlükdə olmasından asılı olmayaraq bunu edə bilərlər. Yəqin ki, bunu heç kimin görmədiyi vaxtda, polisin gözündə yayınaraq ediblər. Düşünürəm ki, heykəlin hündürlüyü əsas deyil. Yanaşmalar da get-gedə dəyişməyə başlayır. Vaxtilə heykəlləri böyük sütunlar üzərində qoyurdular. İndi hesab edirəm ki, belə addımların atılmasına siyasi rəng, siyasi məzmun vermək düzgün deyil. Yəni bu böyük bir müsabiqədən keçib. Müsabiqənin nəticəsi olaraq bu heykəlin qoyulması qərara alınıb. Ona görə də heykəlin hündür və ya alçaq yerdə qoyulması əsas deyil. Əsas odur ki Tağıyevin və onun əməlləriə olan sevginin məhəbbətin ifadəsi olaraq bu heykəl yaranıb və insanlar da heykələ yaxınlaşıb böyük şəxsiyyətlə sanki canlı ünsiyyətə girə bilirlər. Bu məqamı yaddan çıxarmaq olmaz.

Sovet dövləti çalışdı ki, uzun müddət Tağıyevi xalqdan uzaq bir insan kimi təqdim etsin və onun xidmətlərinə kölgə saslın. Ancaq həqiqət gec-tez öz yerini tapır. İndi hər kəs bilir ki, bu şəxsiyyət doğrudan da Azərbaycan milləti qarşısında müstəsna xidmətlər irəli sürüb. Ona görə də millətin hər bir üzvü rahat yaxınlaşıb necə deyərlər, onunla üz-üzə qalıb öz minnətdarlığını ifadə edə bilir”./Ölkə.az


Youtube kanalımız


Digər xəbərlər