Xarici ölkələrdə işə düzəltmək adı altında dələduzluq edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xarici ölkələrdə işə düzəltmək adı altında dələduzluq edənlər saxlanıldı

Hadisə

29 Oktyabr 2025 12:50 392


İnsanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Onların saxlanılması əməliyyatını Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları keçirib.  Pepperoni pizza

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!