“İnsanları doğru məlumatlandırın” - Nura Suri

saytların hazırlanması

Evə çatdırılma

“İnsanları doğru məlumatlandırın” - Nura Suri

Şou

28 Dekabr 2024 16:28 818


"Qəza baş verən gün bir çoxu yazırdı ki, dənizə niyə oturmayıb, bəlkə hamı sağ qalardı. İndi yazırlar ki, dənizə yönəldib iz itirmək istəyirdilər".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. 

"Heç kəsdə sual yaranmır “Niyə”?! Rusiya bilərəkdən niyə bizim mülki təyyarəmizi vursun? Həm də Rusiya, Qazaxstan, Qırğızıstan, Azərbaycan vətəndaşları olan təyyarə? Məni bu sual çox narahat edir. Təyyarə avtobus deyil, istədiyi kimi hərəkət edə bilsin, ən uyğun və mümkün olan istiqamətdə enişə yönləndirilir. Dəqiq enmə sistemləri işləmədiyi üçün hava şəraiti tam əlverişli olmalıdır enmək üçün, görünüş məsafəsi az olduğunda eniş etmək mümkünsüz və təhlükəlidir. Başqa təyyarələr uçur hava məkanında. İnsanları doğru məlumatlandırın" deyə, sənətçi paylaşımında yazıb.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!