Meyxanaçı Namiq Qaraçuxurlu “Instagram”dan gileylənib.
“Yeni Sabah” xəbər verir ki, müğənni bu sosial şəbəkənin artıq əvvəlki kimi maraqlı olmadığını yazıb:
“Nə isə İnstaqram son vaxtlar maraqsızlaşıb. İnşallah, sözün yaxşı mənasında həyatımız maraqlı olsun”.
İfaçı sosial şəbəkədəki bu maraqsızlaşmanın səbəbini elit insanların azalmasında görüb:
“Əvvəllər burada elit adamlar çox olardı. İndi 80% biabırçı adamlardı. Maraqsızlaşma yəqin ona görədir”.

Müğənninin izləyicilərindən ona dəstək olanlar tapılsa da, bir çox insan bu sözləri təhqir hesab edib.
Əsmətxanım
Telegram kanalımız