İnstitut rektoru təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi 

saytların hazırlanması

Evə çatdırılma

İnstitut rektoru təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi 

Sosial

27 İyun 2024 13:45 954


Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, general Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Əldə etdiyimiz digər məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.  Marqarita pizza

Polkovnik Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bundan əlavə, müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə də təltif edilib. Müharibədən bir müddət sonra N.Mövlanov Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini təyin edilib. 

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!