"İntihar hallarının qarşısının alınması istiqamətində dövlət qurumları ilə yanaşı ailələrin, cəmiyyət və media institutunun əlaqəli şəkildə işləməsi, məsələyə həssas yanaşması, bu əməlin qarşısının alınmasında mühüm rol oynayır".
Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, aparılan bir çox elmi tədqiqatlara görə, hər bir belə faktın mediada yayılması, geniş müzakirə edilməsi nəticəsində intihar hallarında artım müşahidə olunur: pizza sifarişi
"Bu səbəbdən bəzi ölkələrdə bu barədə məlumatların - intihar edənin şəkilləri, intihar etmə vasitəsi və sair detalların KİV-də yayımlanması tövsiyyə olunmur. Məsələn, Avstriyada, İngiltərədə belə bir təcrübə vardır. Odur ki, mediada intihar və zorakılıq hallarının işıqlandırılmasına daha həssas yanaşılmalı, bu məsələlər daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki internet resursları, KİV həm də təbliğat vasitəsidir. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, insanların rifahı üçün bu gün bu vasitələrin pozitivə işləməsi daha faydalı ola bilər. Zorakılq, ümidsizlik, ruh düşkünlüyü kimi mənfi halları nümayiş etdirən informasiya resurslarının, animasiya, film, serial nümunələrinin geniş surətdə təbliği sahəsində ehtiyatlı davranmaq lazımdır.
İntiharlarla mübarizə kimi məsuliyyətli iş əlaqədar dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyətinin qarşısında bir sıra vəzifələr qoyur.
İnsanların yaşadığı, təhsil aldığı və işlədiyi sahələrdə nikbin psixoloji ab-havanın yaradılması, uşaq, yeniyetmə və gənclərin maraqlarına uyğun məşğuliyyət sahələrinə yönləndirilməsi kimi tədbirlərin görülməsi insanlarda ruh yüksəkliyinə, bir-birinə inamın artmasına səbəb ola bilər.
Bir vacib məqamı da diqqətdən kənarda qoymaq olmaz. Hər intihar hadisəsindən sonra cəmiyyətdə bir çaxnaşma və ittihamlar dalğası yaranır. KİV nümayəndələri, sosial fəal insanlar bir qayda olaraq hansısa konkret şəxsi, ailə üzvlərini və yaxud rəsmi qurumları hədəfə alaraq günahkarı cəzalandırmaq barədə müzakirə aparmağa daha çox üstünlük verməklə, əsil səbəblərin, mövcud problemlərin diqqətdən kənarda qalmasına “töhfə” vermiş olurlar.
Odur ki, intihar və onu doğuran səbəblər haqda ciddi araşdırmalara, təhlillərə və müsbət təcrübələrə söykənən yanaşmaların formalaşması üçün səylərin və məlumatlılığın artırılmasına ehtiyac vardır.
Çoxsaylı problemlər məngənəsində intiharı çıxış yolu kimi qəbul edən insanı xilas etmək üçün preventiv tədbirlərə, həssas münasibətə, xüsusilə ailə üzvlərinin, doğmaların və yaxınların diqqət və qayğısına əsaslanan addımlar atmalı, ictimai müzakirələrdə ehtiyatlı davranmalıyıq. Diqqəti həm dəyişdirilməsi mümkün olmayan ağır nəticələr haqqında , həm də və daha cox onun baş verməsinə səbəb olan stereotiplərin, bəzən adət ənənə adı altında cəmiyyətə təqdim olunan zərərli vərdişlərin, hec bir hüquqi və mənəvi cərcivələrə sığmayan zorakı davranışların aradan qaldırılmasına yönəltmək lazımdır. Özü də bu hər birimizin bir fərd,hamımızın bir toplum olaraq birgə görəcəyimiz bir iş olmalıdır. O zaman həyat hər kəsi bir andaca ondan imtinaya deyil, daha çox onu sevə-sevə yaşamağa ruhlandıracaqdır".
Telegram kanalımız