İntiharların hamının görə biləcəyi yerlərdə törədilməsinə səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

İntiharların hamının görə biləcəyi yerlərdə törədilməsinə səbəb nədir?

Sosial

22 Fevral 2021 14:00 755


"İntihar edən şəxs bunu törətməmişdən öncə mütləq bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır. Diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir-neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki, əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən də, çox zaman, intiharlar aşkar şəkildə, hamının görə biləcəyi yerlərdə törədilir".

Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, intihar edən şəxs bir növ “olum ya ölüm?” sualının cavabını insanların öhtəsinə buraxır. Xüsusilə də, son zaman baş verən intihar hallarında bu məqam özünü göstərir. Buradan belə qənaətə gəlmək olar ki, dost və doğmalarda bununla bağlı hər hansı şübhə, eyham hiss etdikdə, buna ciddi yanaşmaq, ona yaxın olmağa, dinləməyə, çətinliklərini həll etməyə çalışmaq, lazım olduğu halda mütəxəssisə müraciət etmək lazımdır. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!