FHN polkovniki Zaur Mirzəyev 8 ilə qədər həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

FHN polkovniki Zaur Mirzəyev 8 ilə qədər həbs oluna bilər

Sosial

20 Avqust 2022 09:52 5044


Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olmuşdur.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, Zaur Mirzəyev 3 ildən 8 ilə qədər azadlıqdan məhrum oluna bilər: pizza hut

"İntim görüntüləri yayılan FHN əməkdaşı Zaur Mirzəyev 3 ildən 8 ilə qədər həbs oluna bilər""Hazırda Baş Prokurorluğun təqdim etdiyi maddələr ilə istintaq aparılsa və istintaqın yekun ittiham aktı həmin maddələrlə qeyd olunsa,təqsirləndirilən şəxsi 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə gözləyir. Ümumilikdə bu ilkin ittihamdır. İstintaqın gedişində şəxsə veriləcək cəza ilə bağlı istintaqın yekununda daha ətraflı məlumat vermək mümkündür. İttihamın istintaqın gedişində dəyişməsi mümkündür".

Hüquqşünas Səadət Bənənyarlı bildirib ki, həbs müddəti videonun hansı məqsədlə yayılmasından asılıdır:

"İntim görüntüləri yayılan FHN əməkdaşı Zaur Mirzəyev 3 ildən 8 ilə qədər həbs oluna bilər""Hələ ki istintaq gedir. Çəkilişi Zaur Mirzəyevin özünün etdiyi məlumdur, amma kimin yayması sual altındadır. Bəlkə də bu insanın psixi cəhətdən yoxlanılmasına ehtiyac var. Videonu özü yayıbsa, buna görə məsuliyyət daşıyacaq. Dövlət qulluğunda olan müəssislərdə, ümumiyyətlə iş yerlərində bu kimi hallar yolverilməzdir. Həbs cəzasının müddəti videonu yaymaq məqsədindən asılıdır. Qadınları şantaj etmək yoxsa işlədiyi qurumun adına xəlil gətirmək məqsədilə yaydığı araşdırılmalıdır. Prosesdə iştirak edən qadınların şikayətinin olub-olmaması, şantaj məqsədilə yayıb-yaymamasından asılı olaraq dəyişə bilər. Müxtəlif variantlar var. Hələ ki fikir söyləmək tezdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!