“iPhone”u olan kişilər arasında yeni trend

saytların hazırlanması

Evə çatdırılma

“iPhone”u olan kişilər arasında yeni trend

Maraqlı

17 İyul 2026 16:49 134


Rusiyada yayılan qəribə trend sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, Rusiyada "TikTok"da başlayan yeni trend çərçivəsində bəzi kişilər daha "maskulin" görünmək üçün "iPhone" telefonlarını qəsdən zədələyirlər.

Rusiya mətbuatının yazdığına görə, trend qadın istifadəçilərin paylaşdığı zarafat xarakterli videolardan sonra yaranıb. Dominos pizza

Belə ki, yeni model "iPhone" işlədən kişilərlə istehza edilir, köhnə və ekranı və ya korpusu zədələnmiş "iPhone 11" istifadə edən kişilərin isə daha "real" və "kişiyəxas" göründüyü iddia olunur.

Qısa müddətdə milyonlarla baxış toplayan bu videolardan sonra bəzi kişilər həqiqətən də telefonlarını qəsdən zədələməyə başlayıblar.

Trendə qoşulanlar telefonun arxa şüşəsini sındırır, korpusunu cızır, künclərini əzir, hətta cihazı deşərək daha köhnə və istifadə olunmuş görünüş yaratmağa çalışırlar.

Paylaşılan videolarda telefon nə qədər köhnə və zədələnmiş görünürsə, bir o qədər yaxşıdır fikri ön plana çıxır. Bildirilir ki, bəzi istifadəçilər bu səbəbdən telefonlarını tamamilə yararsız hala salıblar.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!