İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz - VİDEO

Sosial

25 Mart 2024 09:18 1209


Sığortalı ipoteka kreditlərinə görə varislərdən ödəniş tələb edilə bilməz. Əksər hallarda kredit götürəndən bir müddət sonra borcalan dünyasını dəyişərsə, qalan məbləğin kim tərəfindən ödənilməsi məsələsi gündəmə gəlir. Bəzi vətəndaşlar hətta buna görə ipoteka krediti üçün müraciət etməyə belə çəkinirlər.

Yenisabah.az xəbər verir ki, sığorta eksperti Şəhriyar Məcidov "Xəzər Xəbər"ə deyib ki, kredit verilən zaman banklar tərəfindən risklərlə bağlı tədbirlər görülür. Onun sözlərinə görə, ipoteka krediti götürdükdən sonra vətəndaşa əllilik dərəcəsi təyin olunduğu halda qalan borc sığorta şirkəti tərəfindən ödənilir.

Ekspert qeyd edib ki, qaydalar daxili ipoteka kreditləri üçün də keçərlidir. Çünki ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası vacib şərtlərdəndir. pizza mizza

Ş.Məcidov əlavə edib ki, ipoteka götürülən zaman həyat sığortası olduğu halda, vərəsə üçün öhdəlik yaranmır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!