İqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlərin insanlarda malyariya, vəba və qarayara kimi yoluxucu xəstəliklərin şiddətini artırdığı müəyyən edilib.
Yenisabah.az xəbər verir ki, alimlər sel, istilik dalğaları və quraqlıq kimi 10 fərqli təbii fəlakətin məlum 375 yoluxucu xəstəliyə təsirini araşdırıblar.
Məlum olub ki, 375 yoluxucu xəstəlikdən 218-i təbii hadisələr nəticəsində təsirini artırıb. Dördpendirli pizza
Bəzi təbii fəlakətlərin yarasa, siçan, ağcaqanad və ya maral kimi xəstəlik daşıyıcı heyvanlar vasitəsilə insanları xəstələndirdiyi vurğulanıb.
Bundan əlavə, araşdırmada iqlim dəyişikliyinə görə temperaturun artmasının dəniz məhsullarının strukturunu pozduğu, insan sağlamlığını təhlükəyə atdığı və yoluxucu xəstəliklərin şiddətini artırdığı iddia edilib.
Telegram kanalımız