Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İqtidar ziyalılardan, ziyalılar da iqtidardan inciyib” – Cümşüd Nuriyev
31 İyl 2020 09:17
416

“İqtidar ziyalılardan, ziyalılar da iqtidardan inciyib” – Cümşüd Nuriyev

“Millətin ziyalılardan haqlı narazılığını nəzərə alıb milli dəyərlərin formalaşmasında xüsusi rol oynayan "Moderator"çılarla birlikdəyəm. Dəyərli milli ziyalılarımızın hamısını ermənilər və onların havadarları tərəfindən qəsdən əlehimizə yönəldilmiş söyüsləri bir tərəfə buraxıb xalqımızın yanında olmağa dəvət edirəm...”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri  Qarabağın azadlığı uğrunda  mübarizə fonunda mövcud ziyalı-xalq, ziyalı-iqtidar münasibətləri ilə bağlı fikirlərini ifadə edən tanınmış politoloq, istiqlalçı millət vəkili Cümşüd Nuriyev söyləyib. 

“Biz düşmən qarşısında birlikdə olmalıyıq. Eybi yoxdur, qoy təhqir etsinlər, aşağılasınlar, hakimiyyətdəki dövlətimizə və millətimizə xəyanət edənlərin vasitəsi ilə çirkab atsınlar, maddi cəhətdən möhtac eləsinlər...”- deyə  politoloq fikirlərinin davamında bildirib.

“Bu, zatən “QLOBALLAŞMA” adı altında həyata keçirilən "Yeni Dünya Düzəni”nin formalaşdırılması üçün qəbul olunmuş müddəaların ikincisidir. Birinci bənddə deyilir ki, dövlətlərə xarici ticarət rejimində əlverişsiz şərait yaratmaq və onlara daha çox kredit verməklə xarici borclardan asılı duruma salmaq lazımdır... Şükürlər olsun ki, bu sahədə hələ ki, bacarmayıblar. 

İkinci müddəada qeyd edilir: “Hədəfdə olan hər hansı  bir ölkənin milli elitasını siyasi, ideoloji və maddi cəhətdən asılı vəziyyətə salmaq lazımdır, çünki ziyalılar dövlətin yanında olanda həmin dövlət və xalq güclü olur...” 

Etiraf edək ki, düşmənlərimiz bunu bacarıblar. İqtidar ziyalılardan, ziyalılar da iqtidardan inciyib. Amma buna son qoymalıyıq. İqtidar da bizimdi, xalq da...”- deyə Cümşüd Nuriyev fikirlərini tamamlayıb. / Moderator.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər