Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunları ilə görüşdü - Foto
23 Okt 2021 19:29
643

İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunları ilə görüşdü - Foto

İqtisadiyyat naziri Mikayıl Cabbarov Atlantik Şurası Millennium Liderlik Proqramının 2020-ci il məzunları ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat-logistika layihələri, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həmçinin COVID-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib.

Nazir ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramların qəbul edildiyini və rəqəmsal ekosistemin inkişafı isiqamətində görülən işləri diqqətə çatdırıb.

Vurğulanıb ki, makroiqtisadi və siyasi sabitlik, əlverişli biznes mühiti Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdir. Bununla belə, işgüzar şəraitin daha da yaxşılaşdırılması tədbirləri davam etdirilir.

Nazir qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi qələbə ilə yeni reallıqlar və inkişaf üçün əlavə imkanlar yaranıb. Hazırda azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirillir. 

Sonda İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarını maraqlandıran sualları cavablandırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər