İqtisadiyyatda kim qazandı, kim uduzdu? – 7 aylıq rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

İqtisadiyyatda kim qazandı, kim uduzdu? – 7 aylıq rəqəmlər

İqtisadiyyat

12 Avqust 2026 10:26 34


2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,2 faiz artım qeydə alınıb. Dördpendirli pizza

ÜDM istehsalının 34,5 faizi sənayenin, 10,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5 faizi tikintinin, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi informasiya və rabitənin payına düşüb.

Digər sahələrin ÜDM-də xüsusi çəkisi 21,9 faiz, məhsula və idxala xalis vergilərin payı isə 9,7 faiz təşkil edib.

Yanvar-iyul aylarında informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 10,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 7,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 3,5 faiz artıb.

Həmçinin digər xidmət sahələrində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8 faiz, sənayedə isə 0,5 faiz artım qeydə alınıb.

Tikinti sektorunda isə əlavə dəyər real ifadədə 9,4 faiz azalıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!