Abşeron Rayon İcra Hakimiyyətinin başçısı müqəddəs Ramazan ayında Aşağı Güzdək qəsəbəsində şəhid Məcidov Səbuhi Ağalətif oğlunun yaşamış olduğu evdə olub. Əvvəlcə İ.Gülməmmədova şəhidin şəkilləri və şəxsi əşyaları olan otağa baxıb. Səbuhinin qısa həyat yolu ilə yaxından tanış olub. Sonra şəhidin valideynləri və yaxın qohumları ilə görüşüb söhbət edib. Onların qayğı və ehtiyacları ilə maraqlanıb.
Yenisabah.az xəbər verir ki, vətənpərvər əskərlərimizin qəhrəmanlıqlarından, şücaətindən söz açan icra başçısı cənab Prezident İlham Əliyevin komandanlığı və həyata keçirdiyi uğurlu siyasət, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi nəticəsində ordumuzun Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Qələbədən danışıb. İ.Gülməmmədova qeyd edib ki, Azərbaycan əskəri döyüş meydanında əsil qəhrəmanlıq göstərib. Qəlbi Vətən eşqi ilə döyünən mərd oğullarımız vətən uğrunda canlarından keçdilər, şəhidlik zirvəsinə ucalıblar. “Bu gün sizin övladınız və bütün şəhidlərimiz sayəsində başımız ucadır. Səbuhi qısa, lakin şərəfli bir ömür yaşadı. Şəhidlərimiz öz qanları ilə tarix yazdılar. Vətən müharibəsində iştirak edən hər bir kəs bizim üçün qəhrəmandır. Xalqımızın belə mərd, vətənpərvər oğulları ilə fəxr edirik” – deyə İ.Gülməmmədova bildirib.
Abşeron rayonunda şəhidlərimizin hər birinin adının küçələrə verilərək əbədiləşdirildiyini qeyd edən başçı həmin küçələrdə adlıq – quruculuq işlərinin aparılığını söyləyib. İ.Gülməmməova müqəddəs Ramazan ayında Allahdan şəhidlərimizə rəhmət, onların ailələrinə səbr və dözüm, qazilərimizə can sağlığı, xalqımıza isə əmin-amanlıq arzulayıb. pizza
Şəhidin atası Ağalətif Məcidov dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldığını bildirərək özünün də müharibə iştirakçısı oluğunu, lakin şəhidlik zirvəsinin oğluna nəsib olduğunu diqqətə çatdırıb. Oğlu Səbuhinin də adının küçəyə veriliyini və qəsəbədə parkın salınığını bildirən A.Məcidov “Bu parkda və eləcə də bələdiyyə binasının qarşısında oğlumun gül-çiçəyə qərq olunmuş şəklini görəndə qürurlanıram. Düşünürəm ki, oğlum vətənin müdafiəsi uğrunda şəhid olub. Başımızı uca edib” – deyə nitqinə əlavə edib.
A. Məcidov şəhidlərimizin xatirəsini uca tutduğuna, şəhid ailələrini diqqət mərkəzində saxladığına və Möhtəşəm Qələbəyə görə Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürünü bildirib.
Telegram kanalımız